- Köhnə - Region
- 5 Oktyabr 2016 12:15
- 10 452
Ordu və kəşfiyyatdakı imamlara qarşı əməliyyat - 26 nəfər saxlanıldı
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən tərəfdarlarına qarşı aparılan əməliyyat davam edir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankara Baş prokurorluğu tərəfindən FETÖ-nün Türkiyə Silahlı Qüvvələri (TSK) və Milli Kəşfiyyat Təşkilatındakı (MİT) imamlarına qarşı istintaq başlayıb. İstintaq çərçivəsində 31 bölgədə 101 nəfər barədə saxlanma qərarı qəbul edilib.
İndiyə qədər 26 nəfərin saxlanıldığı bildirilir.
Aydan AXUNDOVA