Gəncədə yaşayış evi uçub. Gəncədə yaşayış evi uçub.

Yağış bir ailəni evsiz qoydu - Video + Foto

Gəncədə yaşayış evi uçub.


ARB TV xəbər verir ki, hadisə şəhərin General Şıxlinski küçəsi, ev 2 ünvanında qeydə alınıb.

42 yaşlı Zibeydə Hüseynova və 2 övladının yaşadığı qəzalı vəziyyətdə olan evin bir otağı yağan yağış səbəbindən uçaraq tamamilə yararsız hala düşüb. Hadisə baş verən zaman ev sahibi və uşaqlar həyətdə olduğundan xəsarət alan olmayıb.

Qəza ilə bağlı FHN-ə məlumat verilib.



AzNews.az
image description