Prezident Administrasiyasının qarşısında etiraz aksiyası - FOTO

İranın Şüştər şəhərinin şəkər istehsal edən Karun fabrikinin 500 nəfərdən çox işçisi Tehranda Prezident Administrasiyasının önündə 6 gündür etiraz aksiyası keçirir.


APA-nın İran mətbuatına istinadən məlumatına görə, işçilər vaxtından tez təqaüdə çıxarıldıqları üçün piket keçirirlər.


İLNA-nın yazdığına görə, işçilərin etirazlarına heç bir dövlət rəsmisi tərəfindən münasibət bildirilməyib. Bir nümayişçi deyib ki, onlarla indiyədək heç bir media orqanı da maraqlanmayıb:

"Keçən il şəkər qamışı tarlalarında bir neçə qarğa öləndə jurnalistlər gəlib maraqlanmışdılar. Amma biz 6 gündür ailəmizi qoyub burada aksiya keçiririk, heç kəs nə üçün yığışdığımızı gəlib soruşmur. Demək ki, qarğa qədər də əhəmiyyətimiz yoxdur".