Xəsarət alanlar var Xəsarət alanlar var

Limanda müəmmalı partlayış

Xəsarət alanlar var




İranın dəniz limanı olan "İmam Xomeyni"də müəmmalı partlayış baş verib. Xuzestan əyalətindəki limanda baş verən partlayışın səbəbləri hələlik açıqlanmır. İranın ILNA xəbər agentliyini məlumatına görə, partlayış zamanı bir neçə nəfər xəsarət alıb. Limanın yaxınlığındakı evlərə və mehmanxanalara ciddi ziyan dəyib, maşınlar əzilib.

İmam Xomeyni limanı ölkədə böyük limanlardan biri hesab edilir.

Məlumat üçün bildirək ki, bu ilin yanvarında İranda yeraltı nüvə obyektində də partlayış baş vermişdi.


Elnarə
AzNews.az