Ermənistan ordunun hərbi qulluqçusu, serjant Sarkis Karapetyan baş nahiyəsindən güllə yarası alıb. Ermənistan ordunun hərbi qulluqçusu, serjant Sarkis Karapetyan baş nahiyəsindən güllə yarası alıb.

Serjant başından güllələndi

Ermənistan ordunun hərbi qulluqçusu, serjant Sarkis Karapetyan baş nahiyəsindən güllə yarası alıb.



APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, insident martın 22-də Sünik vilayətinin Araqak şəhərində baş verib. Serjantın döyüş mövqeyində olarkən silahla ehtiyatsız davranma nəticəsində başından güllə yarası aldığı bildirilir.

Xəstəxanaya yerləşdirilən S. Karapetyanın vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi faktı təsdiqləyib.

AzNews.az