Ermənistan Metsamor şəhərinin yaxınlığında yerləşən Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmağın şərtini açıqlayıb Ermənistan Metsamor şəhərinin yaxınlığında yerləşən Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmağın şərtini açıqlayıb

Ermənistan yeni Atom Elektrik Stansiyası tikəcək

Ermənistan Metsamor şəhərinin yaxınlığında yerləşən Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmağın şərtini açıqlayıb




APA-nın "Novosi Armenii" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Şuranın katibi Artur Baqdasaryan bildirib ki, Metsamor AES yalnız yeni enerji blokunun tikintisindən sonra bağlanacaq.

Onun sözlərinə görə, yeni müasir enerji bloku istismara veriləndən sonra Metsamor AES-in konservasiya edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Ermənistan hakimiyyəti hazırkı AES-in yerində yenisi tikmək istəyir. Hələlik söhbət 1000 MVt gücündə bir enerji blokundan gedir.

"AES-in tezliklə bağlanması məsələsi gündəmdə deyil. Bu, Avropa Birliyinin tez-tez səsləndirdiyi arzudur. Alternativ enerji mənbələri tapılmayana qədər, biz Metsamor AES-i bağlaya bilmərik", - deyə A. Baqdasaryan vurğulayıb.

Xatırladaq ki, Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndəliyin rəhbəri Trayan Xristea bildirib ki, AB Metsamor AES-in tez bir zaman ərzində bağlanmasında israrlıdır.

Bununla belə, Ermənistan hökuməti 2012-ci ilin aprelində Metsamor AES-in istismar müddətinin daha 10 il uzadılmasına qərar verib.

Metsamor AES 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb.

AzNews.az