Son günlər Quba rayonunun kəndindəki məscidinin bərpaya ehtiyacı olması haqda mətbuatda xəbərlər paylaşılır. XVIII əsrdə tikilən bu məscid Sovet dövründə anbar kimi istifadə edilib. Kənd camaatı dəfələrlə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb. Amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib , tam yararsız vəziyyətə düşüb. Son günlər Quba rayonunun kəndindəki məscidinin bərpaya ehtiyacı olması haqda mətbuatda xəbərlər paylaşılır. XVIII əsrdə tikilən bu məscid Sovet dövründə anbar kimi istifadə edilib. Kənd camaatı dəfələrlə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb. Amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib , tam yararsız vəziyyətə düşüb.

“Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” - Fuad Babayev

Son günlər Quba rayonunun kəndindəki məscidinin bərpaya ehtiyacı olması haqda mətbuatda xəbərlər paylaşılır. XVIII əsrdə tikilən bu məscid Sovet dövründə anbar kimi istifadə edilib. Kənd camaatı dəfələrlə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb. Amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib , tam yararsız vəziyyətə düşüb.

AzNews.az məscidin hazırki vəziyyətini fotolarla ictimailəşdirən Fuad Babayevlə əlaqə saxladı. Fuad Babayev ilk növbədə tarixi-dini abidənin vəziyyəti ilə bağlı yazılar dərc etmiş media nümayəndələrinə minnətdarlığını bildirdi:

“Həmkarlarıma minnətdaram. Artıq Xanəgah məscidinin uçulmaqda olması haqqında auditoriyanın məlumatı var. Və ümid ediəm ki, bu ürəkağrıdan prosesi durdurmalı olan yetkililərin də xəbəri var bu məsələdən.”

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınıb. Bu haqda məlumat verən “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilov qeyd edib ki, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdədir. Ekspertin sözlərinə görə, zaman-zaman baxımsızlıq ucbatından təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşdüyündən özünün son dövrünü yaşayır və bərpaya ehtiyacı var.

Səidə NURMƏMMƏDLİ
AzNews.az

image description image description image description image description image description image description image description image description