Mayın 12-də Gürcüstan Daxili işlər nazirinin milli təhlükəsizlik üzrə müavini Gela Xvedelidze haqqında respublika baş prokurorunun qərarı ilə həbs qərarı seçilib Mayın 12-də Gürcüstan Daxili işlər nazirinin milli təhlükəsizlik üzrə müavini Gela Xvedelidze haqqında respublika baş prokurorunun qərarı ilə həbs qərarı seçilib

Milli təhlükəsizlik naziri həbs edildi

Mayın 12-də Gürcüstan Daxili işlər nazirinin milli təhlükəsizlik üzrə müavini Gela Xvedelidze haqqında respublika baş prokurorunun qərarı ilə həbs qərarı seçilib



Qeyd edək ki, bu post Azərbaycandakı milli təhlükəsizlik naziri posuta uyğundur. Xəbər "Yeni Müsavat"a Gürcüstan parlamentindəki qaynaqlardan verilib.

Xəbərdə bildirilir ki, Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə birinci şəxsinin həbsi onun adının kompramot qalmaqalında hallanması ilə bağlıdır. Son bir neçə ildə Gürcüstan xüsusi xidmət orqanlarında təmsil olunan Saakaşvili komandasının iqtidarı illərində hakimiyyətə müxalifətdə olan bir neçə şəxs haqqında toplanan informasiyalara çıxışı olub. Məsələnin üstü açılandan sonra ölkə ictimaiyyətinin ciddi narazılığı ilə qarşılanıb. İvanişvili hakimiyyətə gələndən az sonra isə kompramat xarakterli bütün materialların yandırılaraq məhv edilməsinə qərar verib.

Yeni baş nazir bildirib ki, vətəndaşların telefon danışıqlarının dinlənməsi, özəl görüşlərinin gizli kameralarla çəkilməsi şəxsin özəl həyatına müdaxilə cinayəti kimi qiymətləndirilməli və cəzalandırılmalıdır.

Ancaq baş nazirin xüsusi tapşırığına baxmayaraq kompramat vodeogörüntülər məhv edilməyib. Bir neçə gün öncə ölkədə məşhur jurnalistlərdən birinin özəl görüntülərinin youtube-da yerləşdirilməsi bunu sübut edib. Ölkə prokurorluğu dərhal faktla bağlı cinayət işi açıb və qısa zamanda həmin məlumatlara əli çatan yeganə şəxsin daxili işlər nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini olduğu müəyyən edilib və o, mayın 12-də iş otağındaca həbs edilib. Onu da bildirək ki, Gela Xvedelidze Bdzina İvanişvili komandasının ən vacib fiqurlarından olub. Son seçkilərdə o, "Gürcü arzusu" koalisiyasının seçki qərargahının rəhbərlərindən biri olub. (musavat.com)


AzNews.az