“Biz bu yola çıxarkən kəfənimizlə çıxdıq“

"Baş nazir Rəcəb Tayyib Ərdoğana indiyə qədər 30-a yaxın sui-qəsd cəhdi olub"


Bunu Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış deyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada Ədalət və İnkişat Partiyasının yerli rəhbərliyi ilə görüşən Bağış buradakı çıxışında Reyhanlıdakı partlayışların milləti tələyə düşürmə cəhdi olduğunu söyləyib: "Bu, bizə qarşı ilk hücum, provokasiya, tələ cəhdi deyil. 30-a yaxın sui-qəsd cəhdindən qurtulmuş bir sədrimiz var. Biz bu günə qədər bezmədik, təhdidlərə qulaq asmadıq, bundan sonra da kimsə bizi qorxuda bilməz. Çünki bu yola çıxarkən kəfənimizlə çıxdıq. O xəyallarımızdan da geri dönməyəcəyik".

AzNews.az