- Köhnə - Region
- 20 May 2013 06:54
- 2 727
Sərhəd bağlandı
PKK-nın yolu kəsildi
Şimali İraq kürd idarəçiliyinin rəhbəri Məsud Barzani ona yaxın olan Suriya Kürd Demokrat Partiyasının 75 üzvünün PKK tərəfindən saxlanmasına səssiz qalmayıb. Buna cavab olaraq Bərzani İraq-Suriya sərhədinin bağlanması barədə göstəriş verib.
Bəzi məlumatlara görə sərhəddə hətta xüsusi silahlı dəstələr yerləşdirilib. Suriyanın kürdlər yaşayan bölgəsini getdikcə daha çox təsiri altına almağa çalışan PKK- nın 75 nəfəri saxlaması ilə gərginləşən münasibətlər sərhədin başlanması ilə nəticələnib.
PKK saxladığı şəxslərin sərbəst buraxılması tələbini yerinə yetirmədiyinə görə Bərzani belə bir addım atmağa məcbur qaldığını bildirib.
Sərhəddin bağlanmasının PKK üçün böyük problem yaradacağın bildirilir. Belə ki, son razılaşmaya görə Türkiyəni tərk edən PKK silahlılarının Suriyaya gedəcəyi təxmin edilsə də, sərhədin bağlanması onlar bu imkandan məhrum edib.
Elnarə Əlosmanqızı
AzNews.az