Ermənilərin Azərbaycana qarşı film təxribatı

İşğal olunmuş Azərbaycan torpaqlarında - Xankəndidə hərbi liseyin açılması istiqamətində fəaliyyət göstərən “Suvorov və Mədətov adına hərbi lisey layihəsi”nin təşkilatçıları ölkəmizə qarşı daha bir təxribata başlayır

Layihə çərçivəsində Xankəndidə "Azərbaycan - xalqların qəbiristanlığı" filminin nümayişi olub. Filmdə Azərbaycanda yaşayan talış, ləzgi, avar, saxur, udin kimi xalqları bağlı həqiqətə söykənməyən məlumatlar yer alıb.

Qeyd edək ki, filmin nümayişini təşkil edən layihə iştirakçıları açılacaq hərbi liseydə ermənilərlə yanaşı, ləzgi, udun, avar xalqlarının nümayəndələrini də təhsil ala biləcəyini vurğulamışdı.

Əlosmanqızı
AzNews.az