Yaxın gələcəkdə azərbaycanlılar Moskvaya və Rusiyanın digər ərazilərinə ancaq rəsmi dəvətlə gedə bilərlər Yaxın gələcəkdə azərbaycanlılar Moskvaya və Rusiyanın digər ərazilərinə ancaq rəsmi dəvətlə gedə bilərlər

Rusiyaya yalnız dəvətnamə ilə getmək olacaq

Yaxın gələcəkdə azərbaycanlılar Moskvaya və Rusiyanın digər ərazilərinə ancaq rəsmi dəvətlə gedə bilərlər



Modern.az bildirir ki, MDB vətəndaşlarının Rusiya ərazisinə yalnız dəvət əsasında buraxılmasına dair yeni sistem hazırlanır. Bu barədə bu gün jurnalistlərə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romandovski bildirib.

"Ölkələrarası viza rejimi bu gün üçün aktual variant deyil. Miqrantların Rusiyaya ən çox gəldiyi ölkələrlə dəvət üzrə gəliş sisteminin yaradılmasına baxıla bilər. Bu sistemin tətbiqi istisna olunmur"- deyə Romandovski vurğulayıb.

O bildirib ki, bu asan məsələ deyil və əlavə işlərin aparılmasını tələb edir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Məkanına üzv olmayan dövlətlərin vətəndaşları üçün qaydaları sərtləşdirməyi təklif edib. Belə ki 2015-ci il yanvarından bu zonaya daxil olmayan ölkələrin vətəndaşları üçün Rusiyaya daxil olmaqla bağlı müəyyən edilmiş imtiyazlar ləğv ediləcək.

Azərbaycan isə Avrasiya İqtisadi Məkanına daxil deyil.

AzNews.az