- Köhnə - Region
- 25 May 2013 09:04
- 3 112
Türkiyə XİN başçısı Bəşər Əsədin anasını günahlandırdı
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədlə bağlı maraqlı çıxışı ilə diqqət çəkib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədlə bağlı maraqlı çıxışı ilə diqqət çəkib.
AzNews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə XİN rəhbəri deyib ki, B.Əsədin bu qədər vəhşiləşməsinin səbəbkarı onun anasıdır.
Ə.Davudoğlu deyib ki, Əsədin problemi anası ilə yaşamasıdır: "Bizlə danışır, sonra da gedib anası ilə danışır. O da həmişə atasını və onun dövründə gördüyü idarəçiliyi xatırladır".
Türkiyə XİN başçısının sözlərinə görə, Suriya rejiminin birinci zənciri Əsəd və anasının tayfası olan Məxluf ailələləridir. İkinci zəncir kəşfiyyat, ordu və hava qüvvələri komandanlığı, üçüncü isə Bəəs Partiyasıdır.
Ə.Davudoğlu vaxtilə Əsədin bu qədər vəhşiləşəcəyini düşünmədiklərini, onu danışıqlarla yola gətirəcəklər ümidində olduqlarını bildirib.
Anar
AzNews.az