- Köhnə - Region
- 25 May 2013 15:45
- 5 644
“Mavilər“i müdafiə edənlər aksiya keçirdi - VİDEO
Xatırladaq ki, ötən həftə Tiflis küçələrində keçirilən aksiya zamanı toqquşmalar baş vermişdi və nəticədə 16 nəfərin xəsarət aldığı bildirilmişdi. Lakin bu dəfəki aksiyada polis qüvvələri toqquşmaların baş verməsinin qarşısını ala bilib.
Aksiya zamanı cinsi azlıqların tərəfdarları "Teokratiyanı dayandırın", "biz İranlaşmaya qarşıyıq" şüarları səslənidiriblər.
"Heç kim qanundan yüksəkdə olmamalıdır və heç kimin - istər cinsi azlıq qrupları, istər digər ictimai birliklər bizə özümüzü necə aparmaq barəsində göstəriş vermək hüququ yoxdur", - deyə etirazçı Temuri Lomaya bildirib.
Eyni anda aksiyaya toplaşan etirazçılar "Pozğunluğa yox" şüarları ilə cinsi azlıqlara qarşı çıxdıqlarını ifadə ediblər.
Aksiya polis nəzarəti altında insidentsiz başa çatıb.
AzNews.az