İran Suriyaya 4 milyard dollar məbləğində iki kredit verib İran Suriyaya 4 milyard dollar məbləğində iki kredit verib

İrandan Suriyaya 2 milyonluq dəstək

İran Suriyaya 4 milyard dollar məbləğində iki kredit verib



APA-nın məlumatına görə, bunu Suriya Mərkəzi Bankının rəhbəri Adib Mayalya ölkəsində işıq üzü görən "Tişrin" qəzetinə açıqlamasında bildirib. O deyib ki, İran Suriyanı dəstəkləməkdə davam edir: "Belə ki, İran Suriyaya istehlak malları idxalına görə 1, neft və neft məhsullarını satın almaq üçün isə 3 mlrd. dollar kredit verdi".

Qeyd edək ki, A.Mayalya aprel ayında "Reuters"ə açıqlamasında Suriyanın İrandan başqa Rusiya və digər ölkələrlə də kredit mövzusunda görüşlər keçirəcəyini vurğulayıb. Suriya Mərkəzi Bankının rəhbəri ölkədə qarşıdurmaların başladığı gündən indiyədək olan iki il ərzində iqtisadi itkilərinin təxminən 25 milyard avro olduğunu bildirib. Suriya lirəsi qarşıdurmaların başladığı 2011-ci ilin martından bəri 3 dəfə dəyərini itirib və 50 lirə olan 1 ABŞ dolları artıq 2013-cü ilin mayında 150 Suriya lirəsi dəyərin

AzNews.az