“Öz ölkələrində yaşasınlar” “Öz ölkələrində yaşasınlar”

Moskva merindən miqrantlara sərt mesaj

“Öz ölkələrində yaşasınlar”



"Rus dilində pis danışan, tamamilə fərqli adət - ənənələri, mədəniyyəti olanlar yaxşı olar ki, öz ölkələrində yaşasınlar. Biz onların Moskvaya adaptasiyasını alqışlamırıq". Bunu Moskva meri Sergey Sobyanin bildirib. Sobyanin Rusiya mətbuatına müsahibəsində bu sözləri daha çox mövsüm işçilərinə şamil etdiyini vurğulayıb.

Moskvada milli kvartalların yaradılması ilə bağlı da merin fikirləri öyrənilib: "Başqa ölkələrdə belə ideyalar olub, ancaq yaxşı heç nə əldə edilməyib. Hətta İsveçdəki hadisələr bunun daha təhlükəli olduğunu göstərib. Moskva Rusiya şəhəridir və belə də qalmalıdır. O nə tacik, nə özbək, nə də çinlilərin şəhəridir.

Maraqlıdır ki, Sobyaninin miqrantlarla bağlı müsahibələri Moskvada "miqrant ovu" ilə müşahidə olunur. Təkcə ötən həftə polis min nəfərə yaxın miqrantı Rusiyada yaşamaq üçün müvafiq sənədi olmadığına görə saxlayıb. Böyük əksəriyyəti Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkiyədən olan miqrantlara qarşı 117 protokol tərtib edilib.

Elnarə Əlosmanqızı
AzNews.az