- Köhnə - Region
- 30 May 2013 21:10
- 2 385
Rusiya İranla C-300 problemini həll etmək istəyir
Məlumatda bildirilir ki, İran dəyəri 4 milyard dollar olan müqavilənin yerinə yetirilməməsi üzündən "Rosoboroneksport" şirkətini beynəlxalq məhkəməyə verib.
"Hazırda iş məhkəmədədir və istintaq gedir. Təəssüflər olsun ki, iddianı qazanmaq imkanımız olduqca aşağıdır. Ona görə də, problemi həll etmək üçün İran tərəfilə danışıqlar aparırıq. Lakin hələki nəticə yoxdur" - deyə Sergey Çemezov bildirib.
Xatırladaq ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş C-300 kompleksi 2007-ci ildə imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. O zaman İsrail və ABŞ razılaşmaya qarşı çıxış etmişdilər.//trend//
AzNews.az