Bu məqsədlə Dəməşqin nümayəndə heyəti artıq Moskvadadır Bu məqsədlə Dəməşqin nümayəndə heyəti artıq Moskvadadır

Əsəd Rusiyadan qırıcı təyyarələr alır

Bu məqsədlə Dəməşqin nümayəndə heyəti artıq Moskvadadır



Rusiyada döyüş təyyarələri və vertolyot istehsal edən MİQ şirkətinin baş direktoru Sergey Korotkov MiQ-29 M/M2 təyyarələri sifariş etmək üçün Dəməşqin nümayəndə heyətinin Moskvaya gəldiyini açıqlayıb.

Korotkov Suriyaya 10-dan çox döyüş təyyarəsinin satılacağını bildirsə də, dəqiq rəqəm göstərməyib.

Qeyd edək ki, Rusiya bir az əvvəl silah satışı üçün Suriya ilə yeni müqavilə imzalamayacağını bəyan etmişdi. Buna baxmayaraq, MİQ təyyarələrinin satışının əvvəlki müqavilə əsasında baş tutacağı bildirilir.

Xatırladaq ki, Suriyada 2 ildir, davam edən vətəndaş müharibəsi 70 min suriyalının ölümünə səbəb olub.

Elman
AzNews.az