Taksim qana boyandı – 12 yaralı

Türkiyənin İstanbul şəhərindəki parklardan birində yaşıllıqların məhv edilməsinə etiraz olaraq Taksim meydanında keçirilən aksiyada yaralılar barədə məlumat verilib.

Daxili işlər naziri Muəmmər Gülərin verdiyi məlumata görə, polisin həddindən artıq güc tətbiq etdiyi barədə xəbərlər araşdırılır. Nazir belə faktlar aşkarlandığı təqdirdə şəxslərin cəzalandırılacağını bildirib.

İstanbul valisi Hüseyn Avni Mutlu isə hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

Elnarə
AzNews.az