Ermənistan ordusunda kütləvi zəhərlənmə

Kütləvi zəhərlənmə nəticəsində hərbçilər təcili hospitala yerləşdirilib



Ermənistan hərbi akademiyasının zabitləri camış ətindən zəhərləniblər. Kütləvi zəhərlənmə nəticəsində hərbçilər təcili hospitala yerləşdirilib.

İrəvanın "Qraparak" qəzetinin yazdığına görə, səs-küy çıxmasın deyə, kursantların bəzilərini digər xəstəxanalara, o cümlədən infeksion xəstəxanaya yerləşdirilib. Bəzilərinə yerindəcə yardım göstərilib.

Mənbənin yazdığına görə, həmin yerdə həmişə ordu üçün "delikates" hazırlanıb. Qəzetin yazdığına görə, Ermənistanın baş epidemioloqu Ara Asonyan da bu informasiyanı təsdiq edib: "Bəli, belə bir məlumat var, lakin bu ölkənin müdafiəsi ilə, ordu ilə bağlı məsələ olduğuna görə, bunu gizli saxlamaq lazımdır".

Asonyanın vətənpərvər çıxışından sonra jurnalistlərə hadisənin həqiqətən də baş verdiyi aydın olub. Xəsarət alanların vəziyyəti orta ağırdır, lakin bu onların psixi vəziyyətinə çox pis təsir edib.(anspress)

AzNews.az