- Köhnə - Region
- 1 İyun 2013 11:40
- 3 133
Prezidentin başını bəlaya salan aktrisanın portreti
Gürcüstan prezidenti Mixail Saakaşvilinin dövlət vəsaiti hesabına 6 min funt sterlinq xərclədiyi naməlum Hollivud aktrisasının şəkli ortaya çıxıb.
Dövlət vəsaiti hesabına botoks əməliyyatları keçirən, arıqlama seansına qatılan və Dubayda möhtəşəm yeni il tətili keçirən Gürcüstan prezidentinin prokurorluğa çağırılacağı da istisna edilmir.
Gürcü jurnalistlərinin araşdırması nəticəsində Saakaşvilinin müasir incəsənət vurğunu olduğu məlum olub. Gürcüstan parlamentinin deputatı İrina İmerlişvili amerikalı aktrisanın çılpaq portretini əldə etdiklərini və portretin Saakaşviliyə ucuz başa gəldiyini açıqlayıb. (qafqazinfo.az)
AzNews.az