“Ərdoğan dərhal istefa verməlidir“

Suriyanın informasiya naziri Umran Əl Zubin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı öz xalqına qarşı güc tətbiq etdiyinə görə qınayıb.

Umran Əl Zubin Suriya dövlət televiziyasına açıqlama verərək bildirib ki, hazırda Rəcəb Tayyib Ərdoğan dövləti güc tətbiq etməklə idarə edir və bunula da o, türk xalqının sahib olduğu mədəniyyəti və müvəffəqiyyətlərini yox edir:

"Qardaş türk xalqı belə bir barbarlığa layiq deyil. Rəcəb Tayyib Ərdoğan dərhal istefa verməlidir"//anspress//

AzNews.az