Hərbi attaşenin köməkçiləri striptiz klubda yaralandılar – GECƏ HƏYATI

QIZLAR BƏDƏN HƏRƏKƏTLƏRİLƏ İNFORMASİYALAR ÖTÜRÜRMÜŞLƏR



Dünyanın bir sıra aparıcı ölkələrini kəşfiyyat xidməti əməkdaşlarının xəbər mənbələrindən biri də əyləncə məkanları, gecə klubları, barlar, striptiz klublarda çalışanlardır.

Təbiidir ki, kəşfiyyatçılar bu məkanlara əylənmək üçün yox, əsasən əvvəlcədən razılaşdırılmış şəxslərlə görüşlərə, yaxud təxminlərinin doğruluğunu yoxlamaq üçün araşdırmalara gedirlər. Bəzən onlar getdikləri yerdə bədbəxt hadisə, yaxud qalmaqalın da iştirakçısına çevrilsələr də, bu barədə mətbuatda məlumatlara nadir hallarda rast gəlinir. Ancaq bu yaxınlarda Venesuelanın paytaxtı Karakasda baş verən hadisəni uzun müddət gizlətmək mümkün olmayıb.

Hər şey mətbuatda Amerika səfirliyinin iki əməkdaşının Karakasda yaralanması barədə məlumatın yer alması ilə başlayıb. "Associated Press" xəbər verdi ki, hadisə Amerikanın diplomatik korpusunun yaxınlığında baş verib. Amerikalılar mağazalardan birində alver edən 2 nəfərlə mübahisə etdikləri zaman güllə yarası alıblar. Məlumatda yaralananların hərbi attaşenin köməkçiləri olduğu da bildirilirdi.

Bura qədər hər şey təbii görünürdü. Ancaq çox keçmədən məlum oldu ki, insidentin əvvəl xəbər verildiyi kimi ticarət mərkəzində baş verməyib. Amerika Dövlət Departamentini nümayəndəsi səfirlik əməkdaşlarının aldıqları xəsarətin onların həyatı üçün təhlükə yaratmadığını açıqladı. Eyni zamanda qeyd etdi ki, hadisə baş verən zaman səfirlik əməkdaşları ictimai yerdə və səfirlik binasından uzaqda olublar.

Çox keçmədən mətbuat hadisənin məhz harada baş verdiyini dəqiqləşdirib. Amerikalı attaşe köməkçiləri Karakasdakı "Antonella - 2012" striptiz klubunda hücuma məruz qalmışdılar.

Təbii ki, onlar striptiz kluba qadınlara baxmaq üçün yox, vəzifələrini icra etmək üçün getmişdilər. Çünki hərbi attaşenin köməkçisi vəzifəsini daşıyan şəxs ancaq nəzəriyyədə diplomat hesab edilə bilər. Əslində isə onların vəzifəsi tamamilə başqadır.

Attaşe köməkçilərinin gəldikləri striptiz barın qızları Amerika demokratiyasının tərəfdarları sayılırdı. Onlar səhnədə bədən hərəkətləri ilə çox qiymətli hesab edilən informasiyaları ötürürmüşlər.

Elnur
AzNews.az
image description image description