Torpaq sürüşməsi baş verdi - İranda

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərinin yaxınlığında yerləşən iki kənddə güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.


Bu barədə İRNA agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, torpaq sürüşməsi nəticəsində 20-dən çox evə ziyan deyib və onlar tamamilə dağılıb.

Hadisə nəticəsində ölən olmasa da bir neçə nəfər yaralanıb. Hazırda sürüşmə nəticəsində evləri dağılmış ailələr çadırlarda məskunlaşdırılıb.
Həmçinin, güclü dolu yağıntıları nəticəsində Çaldıran şəhəri ətrafındakı 350 hektar əkin sahəsinə, o cümlədən, buğda, yonca, arpa, çuğundur və kartof sahələrinə ciddi zərər dəyib.

Qeyd edək ki, şəhərin bəzi hissələrində evləri su da basıb.
Avtomobillərin gediş-gəlişində isə problemlər yaranıb.

AzNews.az