İran prezidenti problemlə üzləşdi

Bu gün səhər İran prezidenti Mahmud Əhmədinejad Alborz dağlarında yenicə tikilmiş tunelin açılış mərasimində iştirak etmək üçün vertolyotla ora gedərkən hadisə baş verib.

Prezidenti daşıyan vertolyotda texniki nasazlıq yaranıb.

Məlumata əsasən, vertolyotda prezident Əhmədinejadla bərabər bir neçə nazir və parlament nümayəndələri də olub.

Pilot məharətlə vertolyotu endirə bilib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Prezident Əhmədinejad və onu müşaiyət edən nümayəndə heyəti Tehrana avtomobillə qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, məlumatda vertolyotun nasazlığının səbəbləri göstərilməyib.//trend//

AzNews.az