Hepatit C virusunun dərmanı tapıldı

İstanbulda növbəti 9-cu Milli Hepatoloji Konqresin toplantısı keçirilib.

Toplantıda Hepatit C virusuna qarşı yeni müalicə üsulu barədə məlumat verilib. Milan Universitetinin Terapiya və Qaraciyər bölməsinin rəhbəri Savino Bruno bildirib ki, yeni dərman möcüzəli xarakterə malikdir, hepatit C virisunu 95 faiz məhv edir. 2014-cü ilin birinci yarısında bu dərmanın satışa çıxarılması nəzərdə tutulub.

Brunonun sözlərinə görə, bu dərmanın köməyi ilə Hepatit C virusun qaraciyərdə yaratdığı problem tam olaraq aradan qaldırılacaq: "Nəticədə dünya üzrə qaraciyər köcürmələrinin sayını kəskin azalacaq. Hepatit C virisun müalicəsini tapılması məqsədilə bu günə qədər 12,5 milyard dollar vəsait xərclənib. Bu dərman yüngül, orta və ağır dərəcəli Hepatit C virusunu 95 faiz məhv edir".//anspress//

AzNews.az