- Köhnə - Region
- 2 İyun 2013 21:00
- 1 927
Türkiyəli nazir: “6 gündə 730 nəfər saxlanılıb“
Gülər mayın 28-dən bu günə qədər 730 nəfərin saxlanıldığını bildirib: "Saxlanılanların əksəriyyəti ifadələri alınaraq sərbəst buraxılıb".
Məlum hadisələr zamanı vətəndaşlardan və təhlükəsizlik qüvvələri əməkdaşlarından yaralananların olduğunu deyən nazir qeyd edib:
"Təhlükəsizlik qüvvələrinə məxsus 115 əməkdaş arasında yüngül və ağır xəsarət alanlar var. Hazırda 58 vətəndaşımıza xəstəxanalarda tibbi yardım göstərilir".
Etirazların bu gün də başda Ankara və İstanbul olmaqla 6 rayonda davam etdiyini bildirən Gülər Taksimdəki aksiyada təqribən 20 min nəfərin iştirak etdiyini deyib.
Nazir əlavə edib ki, mayın 28-dən bu günə qədər 89 polis avtomobili, 42 şəxsi avtomobil zərər görüb. Aksiyalar zamanı təxminən 20 milyon lirə ziyan vurulub.//trend//
AzNews.az