- Köhnə - Region
- 3 İyun 2013 07:30
- 4 397
Azərbaycanlılar İsveçdə aksiya keçirib
Aksiyaçılar Güney Azərbaycandakı 35 milyondan artıq azərbaycanlının öz hüquqlarından məhrum edildiyini bildirərək milli fəallara qarşı təzyiqli və işgəncələrin artırıldığını vurğulayıblar.
Yeni GAMOH - un liderlərinə üst-üstə 45 il həbs cəzasını verilməsinə etiraz edən aksiyaçılar dünya birliyini İran rejiminin siyasətinə qarşı mübarizəyə səsləyiblər.
Qeyd edək ki, yeni GAMOH-un baş katibi Lətif Həsəni və Yürüş Mehrəlibəyli, Behbud Qulizadə, Savalan Radmehr, Mahmud Fəzlinin hər birinə 9 il həbs cəzası verilib.
Aksiyada GADP (Güney Azərbaycan Demokrat Partiyası), AZOH (Azərbaycan Öyrənci Hərəkatı), GAQP (Güney Azərbaycan Qurtuluş Partiyası, Azərbaycan Evi və çox sayda milli və mədəni fəallar iştirak edib. Aksiya zamanı Güneydəki hadisələrlə bağlı yüzlərlə broşur paylanıb.
Elnarə
AzNews.az