Hakerlər Türkiyənin dövlət saytlarını sındırıblar Hakerlər Türkiyənin dövlət saytlarını sındırıblar

Ərdoğanın rəsmi saytı sındırıldı

Hakerlər Türkiyənin dövlət saytlarını sındırıblar




"Anonymous" haker hərəkatı "#OpTurkey" aksiyası çərçivəsində Türkiyənin bir sıra dövlət saytlarının saytlarına hücum ediblər. Bu aksiya iyunun 2-də başlayıb və Türkiyə hökuməti əleyhinə yönəlib.

Hakerlərin sıradan çıxardıqları saytlar arasına Türkiyə hökuməti, Xarici İşlər Nazirliyi və baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmi saytı daxildir. Bundan başqa, hakerlər rəsmi dövlət nəşri olan "Resmi Gazete"nin də saytını sındırıblar.

Son məlumatlara görə, Türkiyənin 67 şəhərində baş verən iğtişaşlar zamanı 1700-dən artıq insan saxlanlıb. Toqquşmalar nəticəsində 58 mülki vətəndaş və 115 polis yaralanıb. (anspress)

AzNews.az