Türkiyənin NTV kanalının qarşısında izdihamlı aksiya

Türkiyənin NTV kanalının önündə izdihamlı aksiya keçirilib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aksiyaçılar kanalın son günlərdə Türkiyədə yaşanan olaylara laqeyd münasibət sərgiləməsini protest ediblər.

Qeyd edək ki, Taksimdəki hadisələrdə NTV kanalına məxsus bir canlı yayım maşını da aksiyaçılar tərəfindən yandırılmışdı.

NTV kanalı binası önündə baş tutan aksiyanı canlı yayımlayıb. Bəzi aksiya iştirakçıları kanalın kameralarına pul uzadıblar. Onlar bununla kanalın hakimiyyətə satıldığına eyham vurublar.

Anar
AzNews.az