Polis məscidə qaz bombası atdı- İstanbulda

İstanbuldakı aksiya zamanı xeyli sayda insan yaralanıb



İstanbulun Beşiktaş rayonunda davam edən etiraz aksiyası zamanı yaralananlar Bezmi Alem Validə Sultan məscidinə sığınarkən polis hücumuna məruz qalıb. Son 5 saat ərzində ikisi ağır olmaqla, 100-dən artıq insan yaralanıb. Məscidin içində könüllərdən ibarət 50 nəfər tibb işçisi yaralılara ilkin tibbi yardım göstərərkən polisin müqavimətinə rast gəliblər.

Bu zaman etirazçıların bir qismi Bezmi Alem Validə Sultan məscidini bağçasına qaçıblar. Polislər məscidin bağçasına qaçanların arxasınca gözyaşardıci qaz bombası atıblar. Gözyaşardıcı qaz bombasından sonra məsçidin içindəki yaralıların vəziyyəti pisləşib. Bu saata qədər Beşiktaş ərazisində polislə aksiyaçılar arasında qarşıdurma davam edir.(anspress)

AzNews.az