Türkiyənin məşhur xəbər kanalı NTV-nin rəhbərliyi ölkədəki kütləvi etiraz aksiyalarını işıqlandırmaq məsələsində səhvə yol verdiklərini etiraf edib. Türkiyənin məşhur xəbər kanalı NTV-nin rəhbərliyi ölkədəki kütləvi etiraz aksiyalarını işıqlandırmaq məsələsində səhvə yol verdiklərini etiraf edib.

NTV telekanalı üzr istədi

Türkiyənin məşhur xəbər kanalı NTV-nin rəhbərliyi ölkədəki kütləvi etiraz aksiyalarını işıqlandırmaq məsələsində səhvə yol verdiklərini etiraf edib.



Bu gün NTV-də telekanalın bütün işçiləri və şərhçilərinin iştirakı ilə geniş toplantı keçirilib. Toplantıda NTV-nin baş direktoru Cem Aydın kütləvi aksiyalarla bağlı yayımların yanlış olduğunu söyləyərək üzr istəyib: "Balansı təmin etməyə çalışarkən səhv etdik, üzr istəyirik. İnsanların güvəninə nail olmaq üçün çox çalışmağımız lazım olduğunu bilirik. Bundan sonra işimizi ən doğru şəkildə yerinə yetirəcəyik".

Xatırladaq ki, iyunun 3-də NTV-nin binası qarşısında minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Telekanalın bir neçə işçisi rəhbərliyin siyasətinə etiraz əlaməti olaraq istefa verib.