2 nəfər edam edildi - İranda

İranın Tehran vilayətində 2 nəfər edam edilib. Dara çəkilən məhbuslardan biri Əfqanıstan vətəndaşıdır. Əfqan məhbus qətldə və oğurluqda, digər məhbus isə qayınatasının sifətinə kimyəvi turşu tökməkdə ittiham edilib. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir.//apa//

AzNews.az