“SIZIN ƏSAS PROBLEMİNİZ ALLAHIN VARLIĞINA İNAMSIZLIQDIR” “SIZIN ƏSAS PROBLEMİNİZ ALLAHIN VARLIĞINA İNAMSIZLIQDIR”

Xomeyninin Qorbaçova tarixi məktubu aşkarlandı

“SIZIN ƏSAS PROBLEMİNİZ ALLAHIN VARLIĞINA İNAMSIZLIQDIR”




1989-cu il yanvarın 1-də İran İslam Respublikasının qurucusu İmam Xomeyni SSRİ-nin son rəhbəri Mixail Qorbaçova tarixi bir məktub ünvanlayıb.


AzNews.az Arannews-a istinadən Ruhullah Musəvi Xomeyni imzası ilə yazılan həmin məktubu dərc edir: "Cənab Qorbaçov! Həqiqətə üz tutmağınız gərəkdir. Sizin məmləkətinizin əsas problemləri mülkiyyət, iqtisadiyyat və azadlıq deyildir. Sizin əsas probleminiz Qərbin üzünü də uçuruma aparan, onu çıxılmaz vəziyyətə salan və ya salacaq Allahın varlığına inamsızlıqdır. Sizin başlıca probleminiz Allah-Taala, varlıq və yaranışın mənşəyilə uzun müddətli faydasız, mənasız mübarizənizdir.
Cənab Qorbaçov!

70 ildən sonra sizin bəzi respublikalarınızın məscidlərinin minarələrindən "Allahu Əkbər" və xətm mərtəbəsində olan Həzrətin (s) şəhadət verən səs ucalanda, doğru Məhəmmədi (s) İslamın bütün tərəfdarlarını sevincdən ağlatdı buna görə də sizə iki dünya görünüşünü, yəni maddi və ilahi dünya görünüşlərini xatırlatmağı gərəkli gördüm. Materialistlər dünya görüşlərində "Hiss"i tanımanın meyarı kimi qəbul edir və hiss olunmayan bir şeyi elmdən uzaq bilirlər. Onlar varlığı maddə ilə bərabər sanırlar və maddəsi olmayan hər bir şey onlara görə mövcud deyildir. Buna görə, onlar üçün qeyb dünyası və Allah-Taalanın varlığı vəhy, nübüvvət və qiyamət kimi qeyb dünyasına aid olanların hamısı bir nağıldır. Halbuki, ilahi dünya görünüşündə tanımanın meyarı "hiss və düşüncədir" və ağıla batan şey hiss olunmasa da elm çərçivəsində yerləşir. Buna görədir ki, varlıq qeyb və şəhadəti əhatə edir və maddəsi olmayan şey mövcud ola bilər və maddi mövcud mücərrədə istinad etdiyi kimi hissi tanıma da əqli tanımaya bağlıdır. Qurani məsciddə maddi təfəkkrün əsası tənqid olunur və "Allah yoxdur" olsaydı gözə görünərdi xəyalları olanlara buyurur. Əziz və kərim Quran və onun vəhy, nübuvvət və qiyamət üçün gətirdiyi əsaslandırmalardan keçək, çünki sizin fikrinizə görə mübahisənin başlanğıcıdır. Doğrusu sizi fəlsəfə məsələlərinə xüsusilə də islami filosofların toxunduğu xırdalıqlara çəkmək istəmirəm. Ancaq siyasətçilərin istifadə edə biləcəkləri sadə fitri və vicdani örnəklə kifayətlənirəm. Bu çox aydndır ki, maddə və cisim nə olur olsun özündən xəbərsizdir. Bir daş heykəlin və ya insanın özünün maddi heykəlinin hər bir hissəsi digəri ilə örtülüdür. Halbuki, insan və heyvanın öz bədəninin hər bir hissəsindən xəbəri olmasını açıq aydın görürük.

Harada olduğunu, ətrafında nələr baş verdiyini və dünya hadisələrini bilir. Deməli, insan və heyvanda maddədən üstün olan başqa bir şey vardır və bu varlıq maddi aləmdən ayrıdır və əbədidir. İnsan öz fitrətində hər bir kamalı mütləq şəkildə istəyir və siz insanın dünyada mütləq güc olmaq istəyini yaxşı bilirsiniz. İnsan qüsurlu olan heç bir gücə bel bağlamır, əgər aləm onun ixtiyarında olsa və ona "Başqa bir dünya da var" deyilsə, fitrətcə o dünyanı da öz ixtiyarına almaq istəyər. İnsan nə qədər bilikli olsa da əgər ona deyilsə ki, başqa biliklər də var o bilikləri öyrənməyə meyl edər. Deməli, insanın ürək bağlaya biləcəyi güc və bilik mütləq olan güc və bilikdir.

Özümüz fərqinə varmasaq belə, hamımızın yönəldiyi Allah-Taaladır.
İnsan Allahda fani olmaq üçün "mütləq həqqə" yetişmək istəyir. Əslində hər bir insanın yaranışında olan sonsuz həyata maraq və ölümdən uzaq düşmək və sonsuz dünyanın mövcudluğunun nişanəsidir.

Cənab Qorbaçov!
İndi bu müqqədimələri bu məsələləri söylədikdən sonra sizdən İslam dini üzrə ciddi araşdırmalar aparmanızı istəyirəm. Bu istək islam və müsəlmanların sizə ehtiyacı olduğundan deyil, bəlkə bütün xalqların rahatlıq və qurtuluş yolu ola biləcək və bəşəriyyətin üzləşdiyi çətinlikləri aradan qaldıra bilən İslamın, dünyanı əhatə edən yüksək dəyərləri üçündür.
Doğrudur, islami və qeyri-islami ölkələrin maddi və mənəvi sərnayələrinin böyük qüdrətlər və digər qüdrətlər ixtiyarına keçməsinə vəsilə olan din və xalqın başına "din siyasətdən ayrıdır" deyə bağıran din cəmiyyətin əfyunudur. Amma, bu artıq gerçək din deyil, bəlkə bizim xalqımızın deyişi ilə Amerikalı dindir.

Cənab Qorbaçov!
Son olaraq açıq-aşkar elan edirəm ki, İran İslam Respublikası islam dünyasının ən qüdrətli və ən güclü bazası kimi çox rahatlıqla sizin rejiminizin düşüncə boşluğunu doldura bilər. Hər halda, bizim ölkəmiz keçmişdə olduğu kimi, yaxşı qonşuluq və qarşılıqlı əlaqəyə inanır və onu möhtərəm sayır".


Xatirə
AzNews.az