Polis Gezi parkına daxil oldu

Polis etiraz aksiyası keçirilən Gezi parkına daxil ola bilib.

Polis aksiyaçılardan parkı boşaltmağı tələb etsə də, əmrə riayət olunmayıb.

Etiraz olaraq şüarlar səsləndirən aksiyaçıları Taksim Meydanından çıxaran polis, sonradan Gezi Parkına müdaxilə edib.

Eyni zamanda polis tez-tez meydanı boşaltmaq barədə müraciətlər edir. Lakin meydanda etirazçı görünmür.

AzNews.az