Reyhanlı terroru və 5 milyon dollar

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 52 nəfərin ölümünə səbəb olan partlayışlarla əlaqəli 1 nömrəli şübhəli şəxs terror aktı ilə bağlı etiraf edib.

Adı açıqlanmayan şübhəli şəxs gətirildiyi Adana məhkəməsində partlayışları 5 milyon dollar qarşılığında həyata keçirdiyini deyib. Başqa təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, 1 nömrəli şübhəli bir neçə gün əvvəl digər ona yardım etməkdə şübhəli bilinən 3 şübhəli şəxslə birlikdə Adanaya gətirilib. O, Suriyaya qaçmaq istəyərkən yaxalanıb.

Xatırladaq ki, Reyhanlıda mayın 11-də törədilən iki güclü partlayışda 51 nəfər ölmüş, bir nəfər isə həftələr sonra xəstəxanada keçinmişdi. Onlarla adam da terror aktı zamanı yaralanmışdı.

AzNews.az