"Ərdoğanın getməsini istəmirik, sadəcə xalqa hüzur və rifah istəyirik" "Ərdoğanın getməsini istəmirik, sadəcə xalqa hüzur və rifah istəyirik"

“Başımızda duran, başçı deyə biri yoxdu“ - Aksiyaçının etirafları...

"Ərdoğanın getməsini istəmirik, sadəcə xalqa hüzur və rifah istəyirik"




Azərbaycanın tanınmış prodüseri Kamal Cenk İçten Taskimdə Gezi Parkı aksiyaları başlanan ilk gündən etirazçılar arasındadır.

AzNews.az anspress-ə istinadən onun aksiya haqqında verdiyi müsahibəni sizlərə təqdim edir:

-Cenk bəy, bu gecə polis aksiyaçılara olduqca sərt müdaxilə etdi. Siz də ordaydız. Vəziyyət doğrudanmı bu qədər pisləşdi?


-Vəziyyətimiz çox pisdi. Səhərə qədər olaylar davam etdi, hələ də davam edir. Evə səhər gəldik, bir az dincəlib yenə döndük. Allahıma şükürlər olsun sağ-salamatıq. Gecə boyu bütün gerçəkləri sabaha qədər yaşadıq. Hələ də davam edir. Olmaz olsun belə qeyri-bərabər güc. Polis etirazçılara qeyri-bərabər güc tətbiq edir xalqa. Xalq – tələbələr, gənclər və daha minlərlə insan sabaha qədər polislə mücadilə etdi.

-Yaralanan çoxmu? Ölən oldumu?


-Ölən yoxdu, amma yaralananlar arasında vəziyyəti ağır olanlar var. 100-lərlə insan yaralandı.

-Türkiyə mətbuatı 44 yaralının olduğunu bildirir.

-Mətbuat gerçəkləri gizlədir. Mən buradayam və 100-lərlə yaralı var burada.

-Məqsədiniz nədir? Hökümətin dəyişməsinimi istəyirsiz?

-Ərdoğanın getməsini istəmirik, sadəcə xalqa hüzur və rifah istəyirik. Hər sey qadağan ola bilməz. Bir də diktatorluq istəmirik. Bu ölkənin sahibi xalqdır və bu ölkə boş deyil. Vətənimizə, millətimizə və dəyərlərimizə sahib cıxırıq. Bizim olan bizimdir. Xalqın malını kimsəyə paylaşdırmaq olmaz. Bizim məqsədimiz birlik, bərabərlik, qardaşlıq və demokratiyadır. Biz demokratiyaya və Atatürkümüzə sahib cıxmaq, Cumhuriyyəti qorumaq istəyirik.

-Etirazçılara kim yardım edir? Başınızda duranlar, təşkilatçılar kimlərdir?

-Başımızda duran, başçı deyə biri yoxdu. Etirazçılar arasında hər təbəqədən insanlar var. Sənətçilər, kinoşünaslar, tələbələr, bütün vətəndaş cəmiyyət orgütləri, məmurlar, isçilər social medianın vasitəçiliyi ilə bura toplaşıb aksiya keçirirlər. Biz özümüz öz haqlarımızı müdafiə edirik. Böyükdən kiçiyə kimi hər kəs yollardadı. Kişilərlə bərabər uşaqlar, analar – qadınlar, bir sözlə hər kəs bizimlədir. Bütün Türkiyə ayaqdadı, tək İstanbul deyil. Türkiyənin dörd bir yanında aksiyalar keçirilir.

-Başınızda duranlar yoxdursa qaz maskalarını və geyindiyiniz qoruyucu vasitələri kim verir aksiyaçılara?

-Özümüz satın aldıq. Burada hər yerdə satılır.

-Etirazlarçılar arasında Suriya, İran vətəndaşlarının olduğu bildirilir.

-Elə bir şey yoxdur, yalnız və yalnız Türk xalqıdır ayağa qalxan.

-Amma Türkiyə mətbuatı etirazçılar arasında İran və Suriya vətəndaşlarının olduğunu yazır. Yazılanlara görə aksiyaları məqsədli şəkildə qızışdıranlar məhz onlardı.


-Yalandır, tərəfkeş media bunları belə yazır.

-Nə qədər çəkəcək bu olaylar. Suriyanın aqibəti gözləyirmi Türkiyəni?

-Xeyr, xeyr. İnşallah elə şey olmaz.

-Amma ona doğru gedir…

-Hər halda xalq elə olmasını istəmir. Sadəcə azadlıq və demokratiya istəyirik.

-Siz demokratiya istəyirsiz, amma etirazçılar arasında belə silahlılar var idi. Mətbuatın yazdığına görə saxlanılanlar var. Molotok kakteli, fişənglərdən istifadə etdiniz. Sakitcə, heç bir silah olmadan, etiraz etsəniz olmazmı? Yəni passiv aksiya keçirmək mümkünsüzmü?

-Nə silah?! Kim deyir onu sizə? Yalan seylərə inanmayın. Molotof kokteyli və fişəng atanlar bizdən deyil. Onlar marjinal qruplar. Bizlə qarışdırmayın onlar. Onlar provakotorlar, ağlı başında olan bizim kimi insanlar passiv dirəniş göstəririk. Mənim sosila şəbəkələrdə paylaşdığım rəsimlərə baxsanız, molotof və ya başqa fişəng varmı heç? Mən və mənim kimi minlərlə insan demokratik çərçivədə dirəniş edirik.

Biz zatən passiv aksiyalar keçiririk. Bizdə elə silah – zad yoxdu. Polislər passiv dirəniş edən və gerçək ziyalı, mədəni xalqla belə davranır. Sadəcə özümüzü müdafiə üçün qaz masqası, kaska və gözlük olur üstümüzdə. Polislər insanların üstünə qaz bombası, bibər qazı və səs bombaları atır. Aksiyaçılarda silah - fəlan yoxdur, çox xahiş edirəm, yanlış seylər yazmayın və insanları yanlış yönləndirməyin.


-Cenk bəy, polislərin istifadə etdiyi silahları bilirik. Türkiyə mediası bunu işıqlandırdı, ANS-in xüsusi müxbiri də mütəmadi olaraq Taksimdən xəbərlər verir. Sizdən soruşmaq istədiyim bir şey var, marijinal qrupları nəzarətə almaq mümkün deyilmi? O qruplar kimlərə bağlı?


-Onlar çox vallah. Hansı qruplara, təşkilatlara əlaqəli olduqlarını bilmirəm. Onları nəzarətə almaq polisin işidir.

-Türk xalqı bir neçə ağacların kəsilməməsi üçün, Atatürk mərkəzinin sökülməməsi için ayağa qalxdı. Amma etirazlar sayəsində Taksim daha bərbad günə qaldı…

-Rica edirəm, Taksimi bizmi bərbad günə saldıq? Taksim zatən sökülürdü, oralarda təmir işlərinə başlanmışdı. Ərdoğan bizim üçün anlamı, cox dəyərli olan bir yeri yıxıb, öz tərəfdarlarına alış-veriş mərkəzi tikdirmək istəyirdi. Siz bunamı bir neçə ağac deyirsiz? Burada anlam agac deyil. Son zamanlarda yaşam azadlığımız əngəllənməyə başlandı. İçki qadağası, məktəblərdə egitim dəyişiklikləri və bir çox şeylər baş verdi. 3 körpüyə Yavuz Sultan Səlimin adının verilməsi, Taksim meydanında Topçu Kışlaşı tikmək, Atatürk mərkəzini yıxıb, yerinə başqa bir şey tikmək. Budurmu bir neçə ağac? Siz bilirsizmi Türkiyədə 10.000.000 ələvi vətəndaşımız var və onlara inat baş nazir 3 körpüyə Yavuz Sultan Səlimin adını verdiyindən xəbəriniz varmı heç? Yavuz Sultan Səlim illər öncə 100.000-ə yaxın ələvi vətəndaşını öldürmüş.

-Cenk bəy, axı Türkiyə hökuməti Atatürk mərkəzini sökməyəcəyini elan etdi. Əməliyyatı dayandırdı. Bəs siz nədən dayanmırsız?

-Nə zaman elan etdi? Biz heç eşitmədik..

-Sizin mətbuat yazdı.

-Tərəfkeş media hadisələri baş nazirin xeyrinə yayımlayır.

-Cenk bəy, Taksim aksiyaları başlayandan etirazçılarla birlikdəsiz. Sizi sosial şəbəkədən izləyirik, 20 gündür sərasər durmadan davam edirsiz. Nə zamana qədər davam edəcəksiniz? Yorulmadınızmı?

-Sonuna qədər burdayıq. Yarı yoldan dönmək fikrimiz yoxdur.

-Sizin bu duruşmanız, dayanışınız qibtə ediləcək bir şey. Amma Türkiyə yıxılırsa biz üzülərik. Azərbaycan Türkiyəni güclü dövlət olaraq görmək istəyir. Bu aksiyaların, eylemlerin Türkiyəni sarsıdacağı qorxusu var içimizdə…

-Bizi kimsə yıxa bilməz. Bizlər bu millətin uşaqları və əsgərləriyik. Bu ölkəni Atatürk qurdu və biz onun əsgərləriyik.

Aksiyalar bu gün də davam edir.

AzNews.az