- Köhnə - Region
- 16 İyun 2013 16:37
- 5 689
Polis deputatın burnunu sındırdı
Türkiyə mətbuatının verdiyi məlumata görə, aksiyaçılara yardım etmək üçün girdiyi otlin çıxışında polisin atdığı kaska deputatın burnunu qırıb.
Deputatın köməkçisi tərəfindən verilən açıqlamada Ramis Topal bunları söyləyib:
"Axşam saatlarında Divan otelindən vəTaksimdə olan Amasiyalıların qurduğu çadırlardan ara vermədən telefonuma zənglər gəlirdi və yardım istəyirdilər. Vəziyyti öyrənmək üçün hadisə yerinə getdim. Qızım da yanımdı idi. Divan otelinə gəldikdə ortalıq bir savaş meydanını xatırladırdı. Hər tərəf alt-üst edilmişdi. Əllərində qaz bombaları olan polislər otelinin qarşısında keşik çəkirdilər. Otelin içərisi insanlarla dolu idi. 3-4-ü uşaq olmaqla bir neçə yaralı vardı. Özüm görmədim, amma hamilə bir qadının qanaxması olduğunu danışırdılar. Hər kəs panikaya düşmüş vəziyyətdə təcili yardım maşınlarını gözləyirdi. Oteldən çıxıb millət vəkili vəsiqəsini göstərib polisə yaxınlaşdım. Yaralıların çölə çıxması üçün qaz bombası atılmasına əngəl olmaq istədim. Məni araya alaraq vurmağa başladılar. Aksiya işitirakçılarından bəziləri mənim köməyimə gəldilər. Qarmaqarışıqlıqda polis yerə düşən kaskanı götürərək sifətimə çırpdı və təkrar qaz bombası atmağa başladı.
Yenidən otelə sığındıq. Oteldə ilkin tibbi yardım edildi. Sonra qızımla birlikdə oteldən çıxdıq. Öz imkanlarım hesabına qarşımıza çıxan ilk tibbi klinikalardan birənə müraciət etdim. Rentgendən sonra burnumun qırıldığı bəlli oldu".//anspress//
AzNews.az