Geziyə Hollivud dəstəyi

Hollivudun məşhur aktrisalarından biri olan Susan Sarandon da Türkiyədəki etirazçılara dəstək olub. O, bununla bağlı fikirlərini "Twitter" hesabında paylaşıb.

Məşhur aktrira sosial şəbəkə vasitəsi ilə etirazçılara dəstək olduğunu bildirib. "Türkiyədə vəziyyət olduqca gərgindir,ortalıq çox qarışıb. Siz də Beynəlxalq Əfv Təşkilatının kampaniyasına üzv olun, türkiyəli səlahiyyətlilərə edilən haqsızlıqların bitməsi üçün fikirlərinizi bildirin"-, deyə, Susan qeyd edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Əfv Təşkilatının Baş nazir Ərdoğana xitabən başlatdığı imza kampaniyasında 31 maydan etibarən 2 minə yaxın nümayişçiyə bibər qazı, təzyiqli su və həddindən artıq təzyiqlər edildiyi bildirilir. Kampaniya mətnində əsasən bu tələblər irəli sürülür.

1)Sülh göstərişlərinə qarşı edilən təzyiqlər sona çatsın
2)İfadə və birlik azadlığı təmin edilsin
3)Qarşıdurmalarda günahkar olan şəxslərin işləri araşdırılsın,layiq olduqları cəza ilə cəzalandırılsınlar.

Qeyd edək ki, Gezi parkı hadisələrinə dəstək olan məşhurlar arasında Roger Watrs, Patti Smith, braziliyalı yazıçı Paulo Coelho və amerikalı Noam Chimaskynin də adları var.

Xəyalə
AzNews.az