- Köhnə - Region
- 17 İyun 2013 08:26
- 2 947
“Prezident olduğum müddətdə var-dövlət yığmadım“
Bu sözləri Romada səfərdə olan Gürcüstanın prezident Mixail Saakaşvili deyib. İtaliyaya səfər çərçivəsində BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatının (FAO) baş katibi ilə görüşən Saakaşvili Gürcüstanda yoxsulluqla mübarizədən danışıb. O, ölkəsində bu istiqamətdə görülən işlərdən bəhs edib.
Saakaşvili həmçinin FAO-nun 38-ci konfransında çıxış edib. Hakimiyyəti dövründə Gürcüstanın yoxsulluqla aktiv mübarizə apardığını deyən dövlət başçısı ötən dövr ərzində ÜDM-in 5 milyarddan 16 milyard dollaradək yüksəldiyini vurğulayıb.//anspress//
AzNews.az