Sarkisyan İran prezidentini təbrik edib

Ermənistan prezidenti Serj Sarkisyan İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhanini prezident postuna seçilməsi münasibəti ilə təbrik edib.




Təbrikdə deyilir:

"Ümid edirəm ki, İran və Ermənistan arasında uzun illər davam edən dostluq və siyasi əməkdaşlıq öz yolu ilə davam edəcək. Sizə uzun ömür və can sağlığı, habelə işlərinizdə uğurlar arzu edirik. Ümid edirəm ki, ölkədə stabil vəziyyət qorunacaq və yeni uğurlar əldə ediləcək".

Aynur Hüseynova
AzNews.az