- Köhnə - Region
- 17 İyun 2013 15:00
- 4 058
Aznews TV: İranın yeni prezidenti kimdir?
Həsən Ruhani haqqında bilmədiklərimiz
Həsən Ruhanı - İranın 7-ci prezidenti. 1948-ci ildə anadan olub. Qum şəhərində mədrəsə təhsili alıb.
Eyni zamanda, Tehran Universitetinin hüquq fakültəsinin məzunudur. İslahatçı namizəd və prezident kimi tanınmasının əsas səbəblərindən biri də odur ki, Ruhani təhsilini Qlazqoda davam etdirib.
Gənc yaşlarından etibarən Ruhullah Xomeyninin tərəfdarlarından biri olub. O, inqilaba yaxın ərəfələrdə İranı dolaşaraq şah əleyhinə təbliğat aparıb.
Buna görə dəfələrlə həbs olunan Həsən Ruhaninin təbliğat xarakterli məlumatlar paylamasına qadağalar qoyulub.
1977-ci ildə minbərdə etdiyi çıxış zamanı Xomeyniyə İmam deyilməsini təklif edib. Bu təklif qəbul edilib və məhz bundan sonra Xomeyni İmam adlandırılıb.
Elvin CanTuran
AzNews.az