Putinin portreti “Everest“ zirvəsində

Rusiyalı alpinist İnquşetiyanın rəhbəri Yunusbek Yevkurovun portretini də unutmayıb



Rusiyalı alpinist Leyla Alboqaçiyeva prezident Vladimir Putin və İnquşetiyanın rəhbəri Yunusbek Yevkurovun portretini dünyanın ən hündür zirvəsi Everestə qaldırıb. Iyunun 16-da Yevkurov idmançı xanımla hava limanında görüşüb və göstərdiyi vətənpərvərliyə görə ona təşəkkür edib.

Söhbət zamanı Leyla Alboqaçiyeva bildirib ki, Everestə qalxarkən özü ilə beş portret aparıb: "Lakin onlardan üçünü külək sadəcə olaraq əlimdən qopardı. Əlimdə ancaq Vladimir Putin və Yunusbek Yevkurovun portretələri qaldı".

Lakin idmançı xanım küləyin əllərindən apardığı portretlərin kimə məxsus olduqlarını açıqlamadı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin portreti dəfələrlə uca dağların zirvələrinə qaldırılb. Bundan başqa, Qırğızıstanda hündürlüyü 4446 metrlik zirvəyə Putinin adı verilib.

AzNews.az