Ermənistan tezliklə ermənilərsiz qalacaq - Proqnoz

Ermənistan tezliklə ermənilərsiz qala bilər. Bu, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarında rəylərində öz əksini tapıb.

BMT-nin məlumatlarına görə, 2011-ci ildə Ermənistanda daimi olaraq 2,8 milyon insan yaşayırdı, amma 90-cı illərdə ölkədə yaşayanların sayı 4 milyondan artıq idi.

Politoloqlar hesab edir ki, Ermənistan rəhbərliyi respublika əhalisinin azalması üçün kurs alıb. Onların qeydlərinə əsasən, bu gün Ermənistan hakimiyyətinin yeganə problemi var. O da, var-dövlət yığmaqdır və onların üçün mühüm olna bu tapşırığın öhdəsindən gəlmək üçün yorulmadan çalışırlar. Demək olar ki, İrəvan əhalisinin yarısı - potensial miqrantlardan ibarətdir. Belə ki, bu yaxınlarda keçirilən sorğuda iştirak edən şəhər sakinlərinin 46 faizi Ermənistanı tərk etmək arzularını etiraf edib. Potensial miqrantlar arasında gənclər daha çox üstünlük təşkil edir- 52 faiz.

Ermənistanın Sosioloq Assosiasiyasının rəhbəri Qevork Poqosyan bildirib ki, miqrasiyanın tempi günlərlə deyil, saatlarla artır. Hətta rəsmi məlumatlara görə, bu ilin 4 ayı ərzində ölkədən çıxanların sayı 2012-ci ilin analoji göstəriciləri ilə müqayisədə 10 mindən çoxdur. Əhalinin ölkəni tərk etməsinə məcbur edən əsas səbəblər arasından işsizlik, cüzi əmək haqqı, gələcəyə heç bir perspektivin olmaması, ədalətsizlik və cəmiyyətin sosial təbəqələşməsidir. Nəzərə alsaq ki, bu Cənubi Qafqaz ölkəsində doğumun sayı iki dəfə azalıb, onda BMT-nin proqnozlarına görə, 2025-ci ilə kimi Ermənistanda cəmi-cümlətanı yarım milyon insan qalacaq, çox güman ki, proqnozlar özünü doğruldacaq.

Ermənistan faktiki olaraq ermənilərsiz qalacaq.//anspress//

AzNews.az