Rusiya Azərbaycanı silahlandırır

Bəzi internet resurslarda 26 iyunda Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcək hərbi texnika ilə bağlı məlumatlar yayılıb.


Rusiyanın müdafiə sənayesinin iki əməkdaşı "Vedimosti" saytına açıqlamada Azərbaycana hərbi texnikanın iki ölkə arasında 2011 - 2012-ci illəri əhatə edən müqavilə çərçivəsində göndərildiyini bildirib.
Söhbət 3 batalyon (94 ədəd) T -90C tankından, təxminən üç batalyon (təxminən 100 ədəd) piyada döyüş maşınları BMP- 3, bir divizion (18 ədəd) özüyeriyən artilleriya "Msta-C", 1 diviziya (18 işəsalma qurğuları) yaylım atəşinin reaktiv sistemləri olan "Smerç", 1 diviziya (18
Müqavilələrin ümumi dəyəri 700 milyon -1 milyard dollar ola bilər. Bu iki ölkə arasında silaha dair ilk müqavilə deyil. Bundan əvvəl 2010-2011-ci illərdə bağlanan müqaviləyə əsasən Azərbaycana iki diviziya zenit-raket sistemi olan С-300ПМУ-2, zenit-raket kompleksi olan "Тор-2МЭ", 60 Ми-17 helikopteri, 24 zərbə helikopteri verilib ki, onların da ümumi dəyəri 3 milyard dollar təşkil edib.

Sayt yazır ki. bundan başqa Azərbaycan İsraildən 1,6 milyard dollar dəyərində silah-sursat və hərbi texnika da alıb: "Rusiyadan Azərbaycana hətta kommersiya məqsədilə silah verilməsi Ermənistanda əsəbi reaksiya doğurur. Ancaq unutmaq olmaz ki, Ermənistan özü də Rusiyadan silahı Rusiyadaxili qiymətlərlı alır".

Elnarə
AzNews.az