Əhmədinejat yeni prezident Ruhani ilə görüşüb

İran Prezidenti Mahmud Əhmədinejat iyunun 14-də yeni seçilmiş dövlət başçısı Həsən Ruhani ilə görüşüb.


Görüş İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzində baş tutub.

Görüşdə Əhmədinejadla yanaşı İranın Ali liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili də iştirak edib.

Görüşdə Əhmədinejad və Ruhani gündəlikdə olan bəzi məsələlər barədə müzakirələr aparıblar.

Xatırladaq ki, Həsən Ruhani iyun ayının 14-də keçirilən seçkilərdə əlli faizdən çox səs toplamaqla İranın yeni Prezidenti seçilib. (trend.az)

AzNews.az