Rusiya PA-nın sabiq rəhbərindən sensasion açıqlama

“Nə qədər bacarırdımsa ermənilərə texnika ilə, başqa şeylərlə kömək edirdim”



Rusiyanın tanınmış dövlət xadimi, siyasətçi, Boris Yeltsinin dönəmində Prezident Administrasiyasının rəhbəri olmuş Sergey Filatov erməni mətbuatına sensasion açıqlamalar verib. O, müsahibəsində erməni olması və Qarabağ ermənilərinə müharibədə kömək etməsi ilə bağlı məqamlara aydınlıq gətirib. "Mən heç zaman bu barədə danışmamışam. Sovet həyatı elə idi ki, öz əcdadlarımz, kökümüz haqqında bilmirdik. Utanıram ki, indiyə qədər də onlar haqında çox şey bilmirəm. Anamın ailəsi Tiflisdə yaşayıb. 1915-ci il hadisələr zaman oradan İran, daha sonra isə Moskvaya gəliblər. Anam, nənəm Mariya Ruşanyan və onun bacısı Marqarita əri ilə gəlib. Daha sonra nənəm Kirovabadda yaşayıb. Ancaq müharibədən sora yenidən Moskvaya gedib. O rusca pis danışırmış. Anamla ermənicə danışardılar. Anamın ilk əri rus olub. Birinci əri öldükdən sonra mənim atamla evlənib".

İlk dəfə Ermənistana 1991-ci il sentyabrın 1-də getdiyini bildirən Filatov ikinci dəfə yüksək səviyyədə dəvətə əsasən getdiyini bildirib: "Dağlıq Qarabağda seçkilər idi.

Müharibə gedirdi. Mən Levon Ter-Petrosyanla, Robet Koçaryanla görüşdüm. Nə qədər bacarırdımsa onlara texnika ilə, başqa şeylərlə kömək edirdim. Mən Qarabağa erməni olduğuma görə kömək etmirdim. Orada ədalətin bərpası üçün kömək edirdim. O zaman çox sayda materiala baxırdım, hətta "Xalqlar Dostluğu"na məqalə də yazmışdım. Ancaq məqaləni götürmədilər, Azərbaycan tərəfdən reaksiya olacağından qorxurdular.

Mən xəritələrə baxırdım. Orada Stalin hansısa dəyişikliklər etmişdi. Stalin Ermənistanı heç sevmirdi. O hətta öz maşını ilə keçərkən "Elə eləmək lazımdır ki, bu xalq burda olmasın" demişdi. Mən indiki şəraitdə danışıqlardan başqa çıxış yolunu görmürəm".

Elnarə Əlosmanqızı
AzNews.az