Saakaşvili: “Mən utanıram“

"Məhdud maliyyələşmə üzündən bu il xaricə oxumaq üçün cəmi 30-40 nəfər göndərə bilmişəm"


"Mən utanıram. Ona görə ki, məhdudlaşdırılmış maliyyələşmə üzündən bu il xaricə oxumaq üçün cəmi 30-40 nəfər göndərə bilmişəm". Halbuki əvvəlki illərdə hökumətimiz xaricə minlərlə tələbə göndərirdi. Bu sözləri tələbələrlə görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. İvanişvili hökumətinin təhsil siyasəti ilə razı olmadığını deyən prezident istənilən halda islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Hansı insanların oyundankənar vəziyyətdə qaldığını görəndə, ürəyim partlayır", - deyə Saakaşvili qeyd edib.

Saakaşvili həmçinin yeni hökumətin bəzi ölkələrlə viza rejiminin yenidən nəzərdən keçirmək qərarını tənqid edib. Bu qərarın yanlış olduğunu deyən dövlət başçısı bildirib ki, bu, Gürcüstan üçün təsir dairəsidir. Çünki xarici tələbələr təhsilə görə gürcü tələbələrdən 2-3 dəfə çox pul ödəyir.

"Təhsil haqları aşağı salınmalıdır. Buna dövlət büdcəsindən vəsait ayrılmalıdır. Bundan başqa xarici tələbələrin ölkəmizə gəlişi mədəniyyətlərarası dialoqun tərkib hissəsidir. Biz anlamalıyıq ki, bütün ali təhsil ocaqlarında hökm sürən korrupsiya birdəfəlik yox olmalıdır", - deyə Saakaşvili fikirlərini tamamlayıb. (anspress)

AzNews.az