Daha bir azərbaycanlı həbsxanaya göndərildi

İranda daha bir tanınmış azərbaycanlı fəal Mehrdad Kərəmi əvvəlcədən çıxarılan məhkəmə qərarına əsasən 6 aylıq həbs müddətini çəkmək üçün həbsxanasına aparılıb.

Təbriz Universitetinin tələbəsi olan M. Kərəmi 2011-ci il dekabrın 24-də universitetə gedərkən ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. Onu rejim əleyhinə təbliğatda ittiham edən İnqilab Məhkəməsi milli fəal barəsində 1 il azadlıqdan məhrum qərarı çıxarıb. Daha sonra isə həbs cəzasının 6 ayı 4 il müddətinə təxirə salınsa da bu günlərdə gözlənilmədən həbsxanaya aparılıb. Cəzasının digər 6 ayını isə milli fəal 2012-ci ildə çəkmişdi.

Elnarə
AzNews.az