- Köhnə - Region
- 19 İyun 2013 06:58
- 1 383
Tanınmış azərbaycanlı fəal azadlıqda
Qeyd edək ki, F. Muradpur 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında həbs edilib. Hakimiyyətin əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaqda günahlandırılan azərbaycanlı fəal 6 il həbs cəzasına məhkum edilib. Azərbaycanlı faəl 2009-cu ildə may hadisələrinin ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan F. Muradpur 13 gün xəstəxanada müalicə alıb və tam sağalmamış gecə saatlarında həbsxanaya aparılıb. Azərbaycanlı fəal uzun müddət təkadamlıq kamerada saxlanılıb, ağır işgəncələrə məruz qalıb, aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər yaranıb.//apa//
AzNews.az